x

Biz həqiqəti rəqəmlərdə tapırıq!

AUDİT

Audit xidməti və audit olunmuş maliyyə hesabatları hər bir müəssisənin təsisçisi, direktoru, biznes tərəfdaşları, investorları və həmin maliyyə hesabatlarının digər istifadəçiləri üçün çox önəmlidir. Çünki müstəqil audit yoxlaması və maliyyə hesabatları üzrə bildirilmiş auditor rəyi maliyyə hesabatlarının istifadəçiləri üçün həmin hesabatların doğruluğu barədə əminliyi təmin edir.

Auditin nəticələri sayəsində siz müəssisənizin mühasibat uçotunda, maliyyə hesabatlığında və daxili nəzarət sistemində olan çatışmazlıqları və səhvləri aradan qaldıra bilərsiniz.

Şirkətimizə 30 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən audit fəaliyyətinin göstərilməsi üçün AT/153 saylı lisenziya verilmişdir.

Audit üzrə xidmətlərimizə aşağıdakılar daxildir:

  • -Maliyyə hesabatlarının auditi (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında);
  • -Nizamnamə kapitalının artırılmasının auditi;
  • -Daxili audit;
  • -Digər audit üzrə xidmətlər